Böyük iddia, yeni nəfəs, gözəl şərait
İyulun 1-dən məşqlərə başlayan "Zirə"nin hazırlıq prosesi qaydasında gedir. I Divizionun debütantı artıq ilk mərhələni geridə qoyub. Bu müddətdə yoxlanışdan 100-dən artıq futbolçu keçib. Onlardan 80-ı bəyənilməyərək geri qaytarılıb. Yeni yığılan komandanın formalaşması avqustun 15-dən sonra tamamlanacaq.
Baş məşqçi Bəhram Şahquliyev yoxlanışa gələnləri indiyədək 8 yoxlama görüşündə süzgəcdən keçirib. Zirəlilər ən son MOİK-i 4:0-la darmadağın edib. Bakıətrafı qəsəbəni təmsil edən klub öncə gücünü həvəskarlar liqasında çempion adını qazanan “Qəbələ“yə qarşı sınayıb - 2:3. “Qaradağ Lökbatan“a növbəti oyunda 2:0 qalib gələn ekspermental heyət bunun ardınca “Sumqayıt“ və AZAL-ın əvəzedicilərinə yerini göstərib - 3:0.
“Ağsu“dan iki cavabsız qol buraxan kollektiv “Bakı“ya da 0:3 hesabıyla yenilmişdi. "Neftçi"nin əvəzedici heyətini 2:0 udublar. Növbəti sparrinq yenə "Qaradağ-Lökbatan"dı. "Neftçi"nin farmklubu ilə qarşılaşma avqustun 15-də, Zirə Olimpiya Kompleksində təşkil olunacaq.
Son toplonış Şamaxıda olacaq
Avqustun 4-dən təlim-məşq toplanışının ikinci mərhələsi start götürüb. Kompleksdə məskunlaşan kollektiv gündə 2 dəfə məşqə çıxır. Çempionata hazırlığın son etapı Şamaxıda olacaq. Ayın 18-dən 24-dək. Divizionda yeni sezonun açılışı sentyabrın 8-dən tez başlamayacağından, zirəlilər həmin arada daha 2-3 yoxlama görüşündə qüvvəsini sınamağı düşünür ki, zəif mövqelərini ayırd etsin. Hər halda futbolçular təzə yığılıb və heyətin oturması üçün heç də az olmayan zamana ehtiyac var. Şahquliyevi başa düşməliyik – digər klublar aşağı dəstədə böyük təcrübəyə malikdi, burda isə vəziyyət fərqlidi, uyğunlaşma prosesi təzə-təzə başlayıb. Baxışa gələn əksər gənclər özləri barədə yüksək fikirdədi, ancaq bir müddət sonra bəlli olur ki, "Zirə"nin tələblərinə cavab vermir. Odu ki, baş məşqçi seleksiya məsələsində diqqəti əldən vermir.
Şayiələrə inanmayın!
Digər bir problem klub haqqında yayılan dezinformasiyalardan qaynaqlanır. "Zirə"nin varlığından qorxuya düşən bəzi klub rəhbərləri və məşqçiləri şayiə yayıb ki, guya, debütantın bir atımlıq barıtı var, tezliklə dağılacaq. Ona görə də "Zirə"dən dəvət alan oyunçularda komandanın yaşayacağı ilə bağlı şübhələr əmələ gəlib. Sportinfo.az bütün bunlara aydınlıq gətirib. Saytımıza verilən məlumata görə, "Zirə" Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və sənədlərini yaxın 1-2 gün içində Peşəkar Futbol Liqasına təqdim edəcək. Reqlament və digər aktual məsələlərlə tanış olmaq üçün PFL-ə müraciət olunub. Qurumun prezidenti Ramin Musayev "Zirə" ilə bağlı görülən işlərdən məlumatlıdı. O, yeni yaranan kluba yüksək səviyyədə münasibət göstərib və bu, qarşı tərəfdə məmnunluq yaradıb. "Zirə"lilər gələn mövsümün startı ərəfəsində təqdimat mərasimit düzənləməyi planlaşdırır.
İlk maaşlar verildi, qidalanmaya söz yox!
İddiaya gəlincə, debütant medallar uğrunda yarışacaq. Hazırda düşərgədə 2 legioner yer alıb ki, hər ikisi gürcüdü. Biri mərkəz müdafiəçisi, digəri dayaq yarımmüdafiəçisidi. Klub iyulun əməkhaqqılarını bu ayın ilk günlərində ödəəyib, deməli ki, büdcə hazırdı və burda mövsümlük bütün xərclər nəzərdə tutulub. Ümumiyyətlə, "Zirə"də maliyyə sarıdan durum normaldı və qarşıdakı aylarda heç bir çətinliklərlə üzləşməyəcəkləri birmənalıdı. Futbolçular gündə 3 dəfə yüksək kalorili yeməklə təmin olunub. Qidalanmaya söz ola bilməz. Bəlkə də "Zirə" I Divizionda yeganə iştirakçıdı ki, oyunçularına vitamin verir. Çempionatda hər qələbəyə görə xüsusi mükafat ödəniləcək ki, bu da futbolda ilk addımlarını atan klub üçün ikiqat üstünlükdü.
Mənbə: Sportinfo.az
saytlarin hazirlanmasi