Sabelyanı Xerardo Martino əvəzlədi
Xerardo Martino Argentina millisinin baş məşqçisi təyin olunub. Sportal.az xəbər verir ki, bu barədə məlumat Argentina Futbol Federasiyaının rəsmi saytında yayılıb. Bu gün Martinonun təqdimat mərasimi olacaq.
Xerardo Martinonun Argentina millisinin başıdna debütü sentyabrın 3-də Almaniyaya qarşı yoldaşlıq matçında baş tuttacaq. Məşqçilər korpusunda Martinonun “Barselona”da bir yerdə çalışdığı köməkçiləri ilə birlikdə “Mançester Yunayted” və “Real”dakı çıxışları ilə tanınan Qabriel Hayntse yer alacaq.
Qeyd edək ki, Martino baş məşqçi postunda Argentinanı DÇ-2014-ün finalına çıxaran Alexandro Sabelyanı əvəzləyib.
saytlarin hazirlanmasi