Azərbaycan yığmasının üzvü "Samsunspor"a keçir

16:55 - 14 Avqust 2014

Gənc futbolçumuz Türkiyədə

 

Azərbaycan millisinin daha bir futbolçusu karyerasını Türkiyənin 1-ci dəstəsində davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, "Bakı"ya məxsus çeçen əsilli futbolçumuz hazırda "Samsunspor" klubunun düşərgəsində baxışdadı. Əgər məşqçilər korpusu onu bəyənsə, futbolçumuz bu klubla müqavilə bağlayacaq.

 

Qeyd edək ki, Hakimov eyni zamanda Azərbaycanın U-19 yığmasının üzvüdü.

Xəbər xətti