AZAL-ın qapıçısı zədədən əziyyət çəkir
Azərbaycan Premyer Liqasının ilk turunda "Xəzər Lənkəran"a qarşı keçirilən oyunda zədə alan AZAL-ın qapıçısı Ruslan Məcidov ölkəni tərk edib.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, Ruslan zədəsini müalicə etmək üçün Rusiyaya yollanıb. "Simurq"la oyunda meydançaya çıxmayacağı dəqiq olan Məcidovun 3-cü turu da buraxacağı gözlənilir.
Qeyd edək ki, Ruslan zədə aldığı üçün Moldova yığmasının qapıçısı Stanislav Namaşkonun Azərbaycan çempionatında debüt etmək imkanı yaranıb.
saytlarin hazirlanmasi