Xerdan Şaqiri : "Dünya çempionatı əsnasında təklif aldım"

17:59 - 6 Sentyabr 2014

İsveçrəli oyunçudan  transfer etirafı

“Bavariya”lı futbolçu İngiltərə klubundan təklif aldığını açıqladı

Sportal.az Skysportsa istinadən xəbər verir ki, Xerdan Şaqiri öz açıqlamasında : “ Dünya Çempionatı əsnasında Liverpul klubundan təklif aldım” deyə bildirib.

Hazırda “Bavariya” klubu ilə 2016-cı ilə qədər müqaviləsi olan futbolçunu,alman klubu satmayacağını bəyan edib. 22 yaşlı yarımmüdafiəçi xoşbəxt olduğunu bildirərək,uzun müddət burada qalmaq istədiyini açıqlayıb.

Xəbər xətti