İsveçrə - İngiltərə Çakıra tapşırıldı UEFA Cüneyt Çakıra "AÇ-2016-nın seçmə mərhələsinin oyununu həvalə edib. Sportal.az xəbər verir ki, söhbət E qrupunda mübarizə aparan İsveçrə - İngiltərə matçından gedir. Futbol qurumu bu maraqlı oyuna türk referini təyin edib. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. İsveçrə - İngiltərə matçı sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. saytlarin hazirlanmasi