Bojinov “Ternana” ilə anlaşdı
Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinov karyerasını İtaliyanın aşağı dəstəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, bolqarıstanlı futbolçu B Seriyasında “Ternana” komandası ilə bir illik müqavilə bağlayıb. “Terana” komandası ötən mövsümü turnir cədvəlində 16-cı pillədə başa vurub. 28 yaşlı hücumçu vaxtilə “Leççe”, “Fiorentina”, “Yuventus”, “Mançester Siti”, “Parma”, “Sportinq”, ”Verona” və “Viçentsa” klublarında forma geyinib. Avropanın aparıcı komandalarında çıxış edən futbolçunun adı bir müddət əvvəl dopinq qalmaqalında hallanirdi.
saytlarin hazirlanmasi