Platini Riberini təhdid etdi

14:15 - 7 Sentyabr 2014

"Riberi millidən getməsi ilə bağlı qərarı təkbaşına verə bilməz"
 
UEFA prezidenti Mişel Platini Frank Riberinin Fransa millisində karyerasını başa vurmasını tənqid edib.
 
Sportal.az xəbər verir ki, Platini bildirib ki, Riberi millidən getməsi ilə bağlı qərarı təkbaşına verə bilməz:
 
"Baş məşqçi Didye Deşam Riberini milliyə çağırsa, o, komandada oynamalıdır. Bu, FİFA-nın qaydalarında da qeyd olunub. Riberi Deşamın dəvətinə önəm verməsə, çıxış etdiyi “Bavariya” klubunda  üç oyunluq cəzalandırılacaq. O,ölkəsində təşkil olunacaq Avropa çempionatında iştirak etmək istəmir. Bunu başa düşmək mümkün deyil. 
 
Qeyd edək ki, Riberi ötən ay millidəki karyerasını başa vurduğunu açıqlamışdı. 

Xəbər xətti