"Qalatasaray"a İtaliyadan rədd cavabı gəlib

14:40 - 7 Sentyabr 2014

İstanbul təmsilçisi Covinko transferinin reallaşdıra bilməyib
 
"Yuventus" klubu Sebastyan Covinkoya görə "Qalatasaray"dan gələn təklifə rədd cavabı verib.
 
Sportal.az xəbər verir ki, bu haqda italyan futbolçunun meneceri məlumat verib:
 
"Covinkoya görə bir sıra klublardan təkliflər almışdıq. "Qalatasaray"da futbolçunun transferini reallaşdırmaq istəyirdi. Klubla həm icarə, həm də tamamilə satın alma variantlarını müzakirə etmişdik. Lakin keçid baş tutmadı".
 
Qeyd edək ki, Covinko "Yuventus"un əsas heyətinə düşə bilmir.

Xəbər xətti