Səbəbkarları 3 il həbs cəzası gözləyir
İyul ayında “Yuventus” klubunun forvardı Karlos Tevesin atası naməlum şəxslər tərəfindən qaçırılmışdı.
Sportal.az xəbər verir ki, Sequnda Tevesi girov götürənlər futbolçunun ailəsindən 40 min avro alaraq onu evə buraxıblar. 52 yaşlı Sequndanı girov götürən quldur dəstəsini aşkar etmək üçün polislər araşdırma aparırdılar.
Bu gün polislər axtarışda olan cinayətkar qrupunu Buenos-Ayresda yaxalayıblar. Yayılan son məlumatlarda Tevesin atasını oğurlamaqda iki qardaş və bacı ittiham olunur. Əgər onların cinayəti sübuta yetirilsə, 3 il həbs cəzası gözləyir
saytlarin hazirlanmasi