Bolqarıstan millisi itkilərlə gəldi

15:42 - 8 Sentyabr 2014

2 futbolçunun adı bilinmir
 
Bolqarıstan yığması Bakıya gəlir, Lyuboslav Penevin komandası ölkəmizə itkilərlə təşrif buyurub.

Sportal.az xəbər verir ki, qonaqların heyətində 4 itki var.

Bunlar qapıçı Vladislav Stoyanov, yarımmüdafiəçi Emil Qriqorovdu. Digər iki futbolçunun adı isə gizli saxlanılır.

Qeyd edək ki, bolqarların heyətində daha öncə İvelin Popov, İvan İvanov, Yordan Minev və Petar Zanev zədələnərək sıradan çıxmışdı.

 

Xəbər xətti