İlkay Gündoğan zədəsinin sağaldıb
"Borussiya"nın futbolçusu İlkay Gündoğan uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Dortmund təmsilçisinin U-23 komandası ilə yoldaşlıq qarşılaşmasında 35 dəqiqə meydanda olub.
Qeyd edək ki, İlkay Gündoğan son olaraq ötən ilin avqustunda Almaniya bundesliqasında "Aysburq"la matçda iştirak edib. Bu görüşdə belindən zədələnən futbolçu uzun müddətdir ki, komandasına kömək etmirdi.