Mənsimov "Xəzər Lənkəran"ı tək buraxmır

00:10 - 9 Sentyabr 2014

Komanda hazırlıqlarını davam etdirir
 
Premyer Liqanın V turu çərivəsində sentyabrın 13-də “Neftçi” ilə səfərdə qarşılşacaq “Xəzər Lənkəran” bir günlük istirahətini yekunlaşdıraraq məşqlərə başlayıb.
 
Sportal.az xəbər verir ki, sentyabrın 8-də, günün ikinci yarısında bir araya gəlib. “Modern” otelindən bir başa Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionuna yollanan komanda saat 17:00-da bu arenada məşqə çıxıb. Bir saatdan çox davam edən hazırlıq prossesini klub prezidenti Mais Mənsimov da izləyib.

Xəbər xətti