"Qarabağ"la oyun öncəsi bir şad, bir də bəd xəbər

00:53 - 9 Sentyabr 2014

AZAL hazırlıqlarını bərpa etdi
 
AZAL Premyer Liqanın 5-ci turu çərçivəsində “Qarabağ” ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər" bir günlük istirahətdən sonra yenidən bir araya gələrək məhz bu matçın hazırlıqlarına start verib.

Ötən gün “AZAL Arena”da baş tutan axşam məşqində həm taktiki-texniki, həm də fiziki hazırlığa yer ayrılıb. İsinmə hərəkətlərindən sonra futbolçular müxtəlif məsafələrə qaşış həyata keçirib. Ardından meydanın 2 ayrı hissəsində 5-5-ə “kvadrat” oynanılıb. Məşqin sonunda isə yarımeydanda ikitərəfli oyun keçirilib. “Qırmızılar”la “yaşıllar”ın mübarizəsində qalib müəyyənləşməyib – 3:3.

Sevindirici haldı ki, zədəli qapıçı Ruslan Məcidov artıq tam sağalıb və komanda ilə birgə məşq edir. Zədəli olan yalnız Tomi Kostadinovdu ki, həkimlər onun da sağalması üçün xüsusi proqramla işləyir. Ancaq böyük ehtimalla o, “Qarabağ”la görüşü də buraxmalı olacaq

Xəbər xətti