Futbolçu David Alabaya dirsək zərbəsi endirib
İsveç millisinin üzvü Zlatan İbrahimoviç "Avro-2016"nın seçmə mərhələsində keçirilən Avstriya ilə görüşdə etdiyi hərəkətlə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu qarşılaşmanın 20-ci dəqiqəsində "Bavariya"lı futbolçu David Alabaya dirsəyi ilə vurub. İbrahimoviçin bu hərəkətini hakim görmədiyi üçün onu cəzalandırmayıb.
Qeyd edək ki, Avstriya - İsveç matçı 1:1 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi