İtkilərə baxmayaraq komandaya inanıram
Bolqarıstan millisindəki itkilərə rəğmən qələbə qazanmaq üçün əllərindən gələcəkləri edəcəklərinə inandığını bildirib.
Sportal.az xəbər verir ki, Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov bu gün milli komandamıza qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.
Öz açıqlamasında bildirib : "Bizi çox çətin oyun gözləyir. Azərbaycanla qarşılaşma qrupun ən əhəmiyyətli matçıdır. Sonrakı oyunlarımızın da hər biri çətin olacaq. Ancaq bügünki görüşün nəticəsi digər oyunlarımıza da təsir edəcək. Ən pis halda heç-heçəyə oynamalıyıq. Komandamız Bakıdakı matça başqa nəticə üçün çıxa bilməz. Kapitanımız İvelin Popvun olmaması böyük zərbə olsa da komanda yaxşı vəziyyətdədir ".
saytlarin hazirlanmasi