"40 oyunluq cəzalanmalıyam"

16:40 - 9 Sentyabr 2014

"Mən sadəcə topu özümdə saxlamağa çalışırdım"

 

"Avro-2016"nın seçmə mərhələsində Avstriya ilə qarşılaşmada David Alabaya dirsəyi ilə zərbə vuran Zlatan İbrahimoviç etdiyi hərəkətlə bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu cəzalanmalı olduğunu qeyd edib:

"Mən sadəcə topu özümdə saxlamağa çalışırdım. Alabanın boyu təqribən 1.60 olduğu üçün bu hadisə baş verdi. Hakim bu epizodu gördü. Məni isə cəzalandırmadı. Bu hərəkətimə görə 40 oyunluq cəzalanmalıyam"

Qeyd edək ki, Avstriya - İsveç matçı 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti