"Böyük oyun"la bağlı axmaq qərar qüvvədə qaldı!

17:53 - 9 Sentyabr 2014

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

 

Federasiya artıq öz qərarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qurum 2014/2015 mösümündə "Neftçi" və "Xəzər Lənkəran" arasındakı "Böyük oyun"la bağlı qərarını açıqlayıb.

 

Bu komandalar arasında matçlarda baş verə biləcək hansısa insidentin qarşısını almaq üçün və ötən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alan komitə “böyük oyun”larla bağlı çıxardığı əvvəlki qərarı dəyişməməyi lazım bilib.

 

2013/2014 mövsümündə qəbul edilmiş qərarları qüvvədə saxlayan komitə “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə baş tutacaq Premyer Liqa və ölkə kuboku oyunlarında qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağanı aradan qaldırmayıb.

Xəbər xətti