"Xəzər Lənkəran" "Neftçi" ilə matçöncəsi itki ilə üzləşdi

11:00 - 10 Sentyabr 2014

Sanko bu matçı buraxmalı olacaq
 
"Xəzər Lənkəran” Premyer Liqanın  V turunun “Neftçi” ilə oyunu öncəsi itkiylə üzləşib.

Sportal.az xəbər verir ki, Lənkəran klubunun aparıcı üzvlərindən olan Alfred Sanko Syerre-Leone yığmasının heyətində ciddi zədə alıb

Belə ki, sentyabrın 6-da Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kot-d’İvuar millisinə qarşı matçda start heyətdə meydana çıxan futbolçu oyunu yarımçıq dayandırıb. O, zədə səbəbindən meydanı tərk edib. 
 
Məsələ ilə bağlı "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu müraciət etdik. Hüseyn bəy bunları dedi: 
 
"Onun hələ "İnter"lə oyunda aldığı kiçik zədəsi var idi. Milli komandanın oyununda ağrıları çoxalıb və matçı yarımçıq tərk etməli olub. Onunla əlaqə saxlamışıq. Sanko yaxın günlərdə "Xəzər Lənkəran"a qoşulacaq". 

Bu səbəbdən də Sanko Azərbaycan Premyer Liqasının V turu çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək matçda meydançaya çıxa bilməyəcək.

 

Xəbər xətti