Suares gələn ay milinin oyunlarında iştirak edə bilər

12:49 - 10 Sentyabr 2014

Hücumçu yoldaşlıq görüşlərində komandasına kömək edə biləcək

 

FİFA tərəfindən cəzalandırılan Luis Suares gələn aydan etibarən Uruqvay millisinin keçirəcəyi yoldaşlıq görüşlərində iştirak edə biləcək.

Sportal.az xəbər verir ki, hücumçunun cəzası yoldaşlıq görüşlərinə yox, yalnız rəsmi oyunlara aiddir.

Buna görə də Suares oktyabr ayında Uruqvay yığmasının Səudiyyə Ərəbistanı və Omanla keçirəcəyi yoldaşlıq qarşılaşmalarında komandasına kömək edə bilər.

Qeyd edək ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə qarşılaşmada rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.

Xəbər xətti