3-cü yer barədə düşünmək yersizdir
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın növbəti oyunlardakı şanslarından danışıb.
Sportal.az azerisport.az saytına əsasən xəbər verir ki, məşqçinin fikrincə hazırkı vəziyyətdə Azərbaycanın qrupda 3-cü yerə iddialı olması əsasızdı.
"Bolqarıstana evdə uduzuruqsa, deməli, iddiamız ciddi deyil. Məğlubiyyətə əsas səbəb yanlış taktika seçimidi. Foqts deyib ki, 10 gün hazırlıq üçün azdı. Deməli, biz klubları ləğv etməliyik, çempionatı saxlamalıyıq - təkı milli hazırlaşsın. Hələ onda da bilinmir ki, milli necə oynayacaq? Dünyanın heç bir ölkəsində milli komandaya hazırlıq üçün 10 gündən artıq vaxt verilmir. Artıq komandamızda məğlub psixologiyası formalaşıb. İtaliya və Xorvatiyadan səfərdə xal almağımıza inanmıram. Bolqarıstana evdə uduzuruqsa, 3-cü yer barədə düşünmək düzgün deyil".
saytlarin hazirlanmasi