"Sent-Etyen"in məşqçisi "Qarabağ" - "Azal" oyununda

14:29 - 11 Sentyabr 2014

Fransız məşqçi Bakıya gəlir

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Fransanın “Sent-Etyen” klubu öz nümayəndəsini Bakıya göndərir.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin məşqçisi Alen Blankon Azərbaycan Premyer Liqasında 13 sentyabr baş tutacaq  “Qarabağ” - "AZAL" matçını izləmək üçün ölkəmizə gələcək.

 

Qeyd edək ki, “Qarabağ”la “Sent-Etyen” arasındakı ilk qarşılaşma isə sentyabrın 18-də Tofiq Bəhrəmov adına respublika stadionunda baş tutacaq.

Xəbər xətti