Argentinada "Messi" qadağası

16:10 - 11 Sentyabr 2014

Uşaqlara Messi adının verilməsi qadağan olunub

 

"Barselona"nın hücumçusu Lionel Messinin soyadının Argentinanın Rosario şəhərində yeni doğulan uşaqlara ad kimi qoyulması qadağan olunub.

 

Sportal.az xəbər verir ki, buna Səbəb  Messi adını qoymaq istəyənlərin çoxluğu və bundan yaranan qalmaqallardır. Bu xəbəri Rosario Əyalətinin Sosial İdarəsi yayıb.

 

Aidiyyatı qurumdan verilən açıqlamada bildirilir ki, Messi adının verilməsinə qadağa qoyulub. Soyadların ad olaraq istifadə olunması yanlışlıq yarada biləcəyi üçün buna icazə verilmir.
 

Xəbər xətti