Romarinyo Qətər klubuna keçdi
“Korintians” klubunun hücumçusu Romarinyo Qətərin “Əl-Caiş” komandasına keçib.
Sportal.az xəbər verir ki, 23 yaşlı braziliyalının transferi qətərlilərə 7 milyon avroya başa gəlib. “Korintians” komandasının idman direktoru Ronaldo Ximenes mətbuata gənc futbolçunun Qətər klubuyla 4 illik müqavilə bağladığını açıqlayıb.
Qeyd edək ki, braziliyalı hücumçunun Donetskin “Şaxtyor” klubuna da keçidi gözlənilirdi.
saytlarin hazirlanmasi