Tərlan Əhmədov: "AZAL-ın oyununda dönüş var"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, gənc mütəxəssis oyunla bğlı bunları deyib:
"Uzun fasilədən istifadə edərək yoxlama oyunu da keçirdik. "Qarabağ"la oyuna futbolçular hazırdı. Ruslan Məcidov zədədən sonra heyətə qayıdıb. Təəssüf ki, bu oyunda Eduardo Makielin xidmətindən yararlana bilməyəcəyik. O, son oyunda qırmızı vərəqə aldığı üçün "Qarabağ"a qarşı oynamayacaq. Qarşımıza "Qarabağ"a qalib gəlmək hədəfini qoymuşuq. Rəqib nə qədər güclü olsa da, bu, futboldu və istənilən nəticə qeydə alına bilər. "Qəbələ" üzərində qələbə bir daha göstərdi ki, AZAL-ın oyunuda böyük dönüş var".
saytlarin hazirlanmasi