Mario Yepez Argentina yolunda

13:15 - 13 Sentyabr 2014

38 yaşlı futbolçu özünə yeni klub tapdı

 

Kolumbiya millisinin kapitanı Mario Yepez Argentina klubu "San-Lorenso" ilə razılığa gəlib.

 

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ilin dekabrına qədər nəzərdə tutulan müqavilə tezliklə imzalanacaq.

 

Keçən mövsümdə "Atalanta"da çıxış edən kolumbiyalı futbolçu 24 oyunda forma geyinmək şansı əldə edib.

Xəbər xətti