"Bakı"nın kapitanı komandanı tərk etdi

15:46 - 13 Sentyabr 2014

Aqil Məmmədov klubdan getdi

 

"Bakı" klubu kapitan Aqil Məmmədovla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Məmmədov klub rəhbərliyinə yaxınlaşaraq komandadan getmək istədiyini bildirib.
 


Qapıçı ötən gün məşqə çıxmayıb. Şəxsi əşyalarını toplayan Məmmədov bazadakı otağını təhvil verib. "Bakı" klubu tərəfindən onunla olan müqaviləyə yenidən baxılacağı gözlənilir.


Qeyd edək ki, son klubdaxili iclasda "Sumqayıt"la oyunda iştirak etməyənlərin komandadan kənarlaşdırılacağı deyilib.

Xəbər xətti