Tərlan Əhmədov: “Heç kimin oyunundan razı qalmadım”

00:30 - 14 Sentyabr 2014

“Qarabağ”ın adı futbolçularımda həyəcan yaratmışdı”
 
“Millinin oyunları ilə əlaqədar yaranan fasilə bizə mənfi təsir göstərdi. Digər yandan ola bilər ki, “Qarabağ”ın adı futbolçularımda müəyyən həyəcan yaratmışdı".
 
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"la oyundan sonra deyib. Gənc mütəxəssis heyətdə müəyyən problemlərin olduğunu bildirib:
 
"Yaxın vaxtlarda bunlar həllini tapacaq. Ruslan Məcidov və Tomi Kostadinov yenidən komandaya qoşulacaqlar. Yerli futbolçulardan Təmkin hələ heyətə uyğunlaşmayıb. İstedadlı futbolçudur, amma özünü bu oyunda göstərə bilmədi. Ümumiyyətlə, heç kimin oyunundan razı qalmadım. “Qarabağ”a Avropa Liqasının qrup mərhələsi oyunlarında uğurlar arzulayıram”. 

Xəbər xətti