Fransa Liqa-1 “Sent Etyen”in bacarmadığını Pierre etdi

02:00 - 14 Sentyabr 2014

"Lans" səfərdə heç-heçə etdi
 
Fransa Liqasında 5-ci turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə Avroliqanın qruo mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent Etyen” doğma meydanda “Kaen”I qəbul edib. İlk yarıda hesab açılmasa da, matçın başa çatmasına 16 dəqiqə qalmış ev sahibləri istəklərinə çatıblar. Əslində meydan sahiblərinin edə bilmədiyini “Kaen”li Pierre həyata keçirib. Ropu öz qapısına göndərən futbolçu belədə “Sent Etyen”ə qələbə bəxş edib. 
 
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans" səfərdə "Bastiya" klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən matçda bərəbərlik qeydə alınıb - 1:1. Fransa çempionluğuna bir nömrəli namizəd sayılan PSJ də "Renn"lə oyunda xal itirib. 
 
 
 
13 sentyabr
 
Fransa Liqası, 5-ci tur
 
"Bastiya" - "Lans"  1:1 
Qollar: Jilet, 54  - Çavarria, 41
 
“Renn”  - PSJ  1:1 
Qollar: Ntep, 55 - Kamara, 43 
 
“Monpelye” – Loryen”  1:0
Qol: Kone, 44-öz qapısına )
 
“Nitsa” – Metz”  1:0
Qol: Bosetti, 90+5 
 
“Reyms” – “Tuluza”  2:0 
Qollar: D.N'Qoq, 13, Kourtet, 87 
 
“Sent Etyen” – “Kaen”  1:0 
Qol: Pierre, 74-öz qapısına 
 

Xəbər xətti