Baş məşqçidən açıqlama
"PSJ"klubunun baş məşqçisi Loran Blan dünən "Renn" klubu ilə baş tutmuş oyundan sonra maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, "Renn" - "PSJ" 1:1 görüşündən sonra Loran Blan bunları deyib :
"Bizə keçən mövsüm 1 qol bəs edirdi ki qələbə qazanaq. Lakin hal hazırda hər şey dəyişib. Gələn şansları dəyərləndirməyəndə rəqib səni cəzalandırır. Bu qarşılaşmada yalnız bir komanda var idi. Lakin kiçik səhv ucbatından qol buraxdıq. Təbii ki, "Renn"in doğma meydanda oynaması da müəyyən rol oynadı. Əminəm ki oyun bizim meydanda oynanılsaydı hər şey tamam başqa olardı"
saytlarin hazirlanmasi