"Qarabağ"la oyun öncəsi daha bir itki

13:00 - 14 Sentyabr 2014

Bakıya gələ bilməyəcək

 

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Sent Etyen” ciddi itki ilə üzləşib.

 

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, klubun yarımmüdafiəçisi Romen Amuma dünən “Kan”a qarşı keçirilən ölkə çempionatının oyununda zədələnib.

 

Fransa liqasında çıxdığı 4 oyunda 2 asistlə yadda qalan futbolçunun "Qarabağ"la oyunda çıxış etməyəcəyi dəqiqdir.

Xəbər xətti