Çimərlik futbolunda millimizdən növbəti qələbə
Çimərlik futbolu üzrə Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, seçmə mərhələdə 13-cü yer uğrunda növbəti matçına çıxan millimiz Fransanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bu seçmə mərhələdə Çexiya(4:1), Bolqarıstan(3:2) və Yunanıstan(6:3) kimi ölkələrə qalib gələn yığmamızın növbəti hədəfi Fransa oldu.
Fransa - Azərbaycan - 1:3 (1:2, 0:0, 0:1)
Qollar: Sabir Allahquliyev, 3 (0:1), Asif Zeynalov, 11 (1:2), Hikmət Bağırov, 31 (1:3).