Portuqaliyanı çalışdırmaq mənim üçün böyük şərəf olar
İtaliyalı mütəxəssis yeni macəralar axtardığını və Portuqaliya yığmasında çalışmağın,onun üçün macəra olacağını bildirdi.
Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, Paulo Bento ilə yollarını ayıran Portuqaliya yığmasının başına Roberto Mançini gətirilə bilər.
"Qalatasaray"dan ayrıldıqdan sonra bu haqda açıqlamalar verən baş məşqçi bunları söyləyib : "Macəra axtarışındayam.Portuqaliyaya getmək bu macəralardan biri ola bilər.Portuqaliya yığması möhtəşəm komandadır.Orada çox yüksək səviyyəli oyunçular var. Əgər Portuqaliyadan mənə təklif gələrsə bunu məmnuniyyətlə qəbul edərəm. Bu təklif mənim üçün böyük şərəf olar."
saytlarin hazirlanmasi