PFF milliyə baş məşqçi axtarır
Paulu Bentunun istefasından sonra Portuqaliya Futbol Federasiyası milli komanda üçün baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, millini çalışdırmaq üçün federasiya tərəfindən “Monako”nun baş məşqçisi Leonardu Jardimə təklif göndərlilib. Lakin 40 yaşlı mütəxəssis bu təklifi geri çevirib.
Qeyd edək ki, “Monako” 5 turda 3 məğlubiyyətlə üzləşib və hal-hazırda turnir cədvəlinin 19-cu pilləsində yer alıb.
Xatırladaq ki, Paulu Bentu AVRO-2016 çərçivəsində evdə Albaniyaya məğlubiyyətdən sonra istefaya göndərilmişdi.
saytlarin hazirlanmasi