"Real"dan daha bir transfer istəyi
"Yuventus"un yarımmüdafiəçisi Arturo Vidal yenidən "Real"(Madrid) klubunun maraq dairəsinə düşüb.
Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı çilili oyunçuya qış transfer pəncərəsində təklif göndəriləcəyi gözlənilir.
Onu da qeyd edək ki, "Yuventus" klubu keçən il Arturo Vidal üçün "Mançester Yunayted"dən gələn 43 milyon evroluq təklifi rədd etmişdi
saytlarin hazirlanmasi