Futbolçumuz 1 qol vuraraq qələbədə pay sahibi oldu
Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" klubu yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, PTT 1-ci Liqa təmsilçisi doğma meydanda həvəskar liqada çıxış edən "Yolspor"la keçirdiyi matçda 6:0 hesabı ilə qalib gəlib.
Həmin oyunda forma geyinmək şansı qazanan Cavid İmamverdiyev 1 qol vuraraq komandadakı qol hesabını da açmış oldu
saytlarin hazirlanmasi