Ukrayna futbolunun məşhur siması vəfat edib

17:30 - 18 Sentyabr 2014

Veteran futbolçu qəzada dünyasını dəyişib

 

Ukraynalı futbolçu  Andrey Qusin vəfat edib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı veteran futbolçu motosikletlə “Çayka” avtodromuna girib. Qusin daha sonra idarəetməni itirərək qəza törədib. Huşunu itirən keçmiş futbolçu dünyasını dəyişib.

huşunu itirən keçmiş futbolçu ayılmayıb

 
Xatırladaq ki, Qusin 7 qat Ukrayna çempionudur. Onun sonuncu iş yeri “Anji” olmuşdur.

 
Qeyd edək ki, Qusin Ukrayna millisində 71 oyun keçirib və 9 dəfə fərqlənib.

 

 

Xəbər xətti