Daha bir ulduz Hindistan çempionatında

19:45 - 18 Sentyabr 2014

Yunberq "Mumbay Siti" ilə anlaşdı 

 

İsveç millisinin və "Arsenal" klubunun futbolçusu Freddi Yunberq futbolçu karyerasını bərpa edib.

 

Sportal.az xəbər verir ki, Yunberq Hindistan çempionatında çıxış edəcək.

 

O, "Mumbay Siti" klubu ilə müqavilə imzalayıb. Xatırladaq ki, ona qədər Del Pyero, Trezege, Rober Pires və Anelka kimi futbolçular da Hindistan klubları ilə anlaşıblar.

 

Qeyd edək ki, Hindistan çempionatı oktyabrın 15-də start götürəcək. 

Xəbər xətti