UEFA final görüşlərinin keçiriləcəyi yeri açıqladı

12:11 - 19 Sentyabr 2014

Rəsmi açıqlama gəldi

 

UEFA 2015/2016 mövsümündə avrokubokların final oyunlarının keçiriləcəyi yerləri və tarixi açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının kuboku İtaliyada, Avropa Liqasının kuboku isə İsveçrədə öz sahibinə qovuşacaq.

 

Mayın 28-də keçiriləcək ÇL-nın final qarşılaşması “Cüzeppe Meattsa” stadionunda baş tutacaq. AL-in finalçıları isə Bazel şəhərində yerləşən “Sent Yakob Park” arenasında üz-üzə gələcək. UEFA Superkuboku isə avqustun 9-da Norveçin Tronheym şəhərində öz sahibinə qovuşacaq. Bu görüş “Lerkendal” stadionunda başlanacaq.

Xəbər xətti