"Bu qərar hər birimiz üçün çox sevindiricidir"

18:27 - 19 Sentyabr 2014

"Bu hər birimizin uğurudur"
 
"2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm". 
 
Sportal.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev qurumun rəsmi saytına açıqlamasında deyib.
 
R.Abdullayev Bakının "Avro-2020"nin 4 oyununa ev sahibliyi edəcəyi ilə bağlı qərarın Azərbaycanın uğuru kimi qiymətləndirib: "Bakı şəhərinin Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".

Xəbər xətti