"Qarabağ"ı darmadağın etdilər, "Neftçi" də uduzdu

12:00 - 21 Sentyabr 2014

Əvəzedicilərin çempionatında 6-cı tur

 

Azərbaycan Premyer Liqasında çıxış eləyən klubların əvəzedicilri arasında keçirilən çempionatına VI tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan “Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşıb. Bu matçadək ardıcıl 4 qələbə qazanan Luis Araqonun yetirmələri uğurlu seriyasını ev oyununda da davam etdirib. AZAL-la son ev qarşılaşmasında olduğu kimi yenə matçın taleyini 1 qol həll edib. Bu dəfə də qonaqların müqavimətini ilk yarıda qıra bilməyən “Qəbələ” fasilədən sonra azarkeşlərini sevindirib. “Qırmzı-qaralar”a qələbə qazandıran qolu Muxtar Əliyev vurub. Bu qol gənc futbolçunun cari mövsüm əvəzedicilərin heyətində rəqib qapılarından keçirdiyi ilk topdur. 

 

Daha bir oyun “Qarabağ” və “Simurq” arasında olub. Bu oyuna qədər yüzfaizli nəticə göstərən “Qarabağ” gözlənilmədən evdə 1:4 hesabı lə məğlub olub.

 

 

“Qəbələ” 1-0 “Neftçi”
(Muxtar Əliyev, 77)

“Qarabağ” 1-4 “Simurq”
(Fuad Məmmədzadə, 58 (pen)// Nicat Muxtarov, 29, 37; Oruc Balaşlı, 62 (pen); Vüsal İsgəndərli, 90+2)

 

 

Xəbər xətti