Futbolçu Mərakeş çempionatında
Ötən mövsümün sonu AZAL-la yollarını ayıran Con Oluremi özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bundan sonra Mərakeş çempionatında çıxış edəcək.
O, sözügedən ölkənin "MAS Fes" klubu ilə 2 illik rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, Oluremi 2013/14 mövsümündə Bakının AZAL klubunda çıxış edib.
Mənbə: futbolinfo.az