"Bakı" yoxlama oyunu keçirib
İbrahim Uzuncanın yetirmələri 1-ci divizion təmsilçisi "Bakılı" ilə yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Tural Qürbətov, Rövşən Əmiraslanov və Raul Yaqubzadənin qolları ilə "Bakı" 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, hal-hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Bakı" klubunun növbəti oyunu "Araz Naxçıvan" komandası ilə olacaq.
saytlarin hazirlanmasi