"Ağ-yaşıllar" "Qəbələ"yə 12 dəfə qalib gəlib
“Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının VII turunda “Qəbələ” ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, səfər qarşılaşması rəqiblər arasında milli çempionat çərçivəsində 23-cü duel olacaq.
Keçirilmiş 22 oyunda üstünlük "ağ-yaşıllar"a məxsusdur. Belə ki, görüşlərin yarısından çoxunda – 12 oyunda cənub təmsilçisi qalib gəlib. 5 oyunda heç-heçə qeydə alınıb, digər 5 matç isə məğlubiyyətlə sona çatıb.
"Qəbələ"nin ev sahibi olduğu qarşılaşmalarda da "Xəzər Lənkəran"ın üstünlüyü var. Cənub komandasının aktivində 5 səfər qələbəsi var: 4 oyunda şimal komandası qalib gəlib, 2 oyun isə bərabərliklə bitib.