Futbolçunun maşını yararsız vəziyyətdədir
Portuqaliya millisinin və "Sportinq" klubunun üzvü Luiş Nani avtomobillə qəzaya uğrayıb.
Sportal.az xəbər verir ki, xoşbəxtlikdən Nani qəzada heç bir xəsarət almayıb ancaq, təcrübəli futbolçunun maşını yararsız vəziyyətdədir.
Qeyd edək ki, Nani 2013-cü ildə "Bentli" markalı avtomobili ilə qəza törətmişdi.