Bu gün AVRO-2016-da yığmamızın rəqibləri bəlli olacaq

14:15 - 26 Sentyabr 2014

Final mərhələsinin püşkü atılacaq

 

Final mərhələsi 2016-cı ilin 2 - 13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində püşkatma mərasimi keçiriləcək tədbir Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

Azərbaycan milli komandası mübarizəyə əsas seçmə mərhələdən qoşulacaq. Bu mərhələnin oyunları 2015-ci il martın 17-dən 22-dək olan müddətdə keçiriləcək. Azərbaycan milli komandasının mübarizə aparacağı qrupun oyunları Bakıda təşkil olunacaq. Yığmamız seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında qərarlaşıb. Burada isə komandalar 7 qrupa bölünəcək. 

Xəbər xətti