Müdafiəçi İngiltərə təmsilçisinin maraq dairəsinə düşüb
"Mançester Yunayted" "Atletiko"nun müdafiəçisi Mirandanı heyətinə qatmaq niyyətindədir.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi baziliyalı futbolçu üçün "Atletiko"ya rəsmi təklif göndərməyə hazırlaşır.
Baş məşqçi Lui van Qal Mirandanın müqabilində Xuan Matanı Madrid klubuna göndərə bilər. İspaniya millisinin üzvü holland mütəxəssisin planlarında yer almır.