Luis Suares yenidən Uruqvay millisində

18:55 - 26 Sentyabr 2014

Təcrübəli futbolçu yoldaşlıq görüşlərində iştirak edə bilər

 

"Barselona"nın hücumçusu Luis Suares yenidən Uruqvay millisində çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Oman və BƏƏ ilə keçiriləcək yoxlama görüşləri üçün yığmaya dəvət olunub.
 

 
Xatırladaq ki, Suares DÇ-2014-də İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellinini dişlədiyi üçün FİFA tərəfindən dörd ay futboldan kənarlaşdırılıb.

 

Qeyd edək ki, futbolçunun cəzası oktyabrın 25-də başa çatacaq.

Xəbər xətti