"Xəzər Lənkəran"dan inamlı qələbə

23:50 - 27 Sentyabr 2014

Əvəzedicilərin çempionatı 

 

Azərbaycan Premyer Liqasında  çıxış edən komandaların əvəzedici heyətlərinin çempionatında 7-ci tura yekun vurulub.

 

Sportal.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"a 0:3 hesabı ilə uduzub.

 

Turun digər matçında "Sumqayıt" səfərdə "Simurq"a darmadağın olub - 0:5.

 

“Qəbələ” - “Xəzər Lənkəran” - 0:3

Qollar: Bəhruz Teymurov, 12 (0:1), Elsevər Bəkirzadə, 58-pen (0:2), Vəzir Musayev, 62-avtoqol (0:3)

 

Simurq” - “Sumqayıt” - 5:0

Qollar: Roni İsmayılov, 6 (1:0), Tapdıq Əliyev, 34 (2:0) Nicat Muxtarov, 60 (3:0) Vüsal İsgəndərli, 74 (4:0), Şahin Əliyev, 77 (5:0)

Xəbər xətti