"Sumqayıt"la matçı buraxacaq
Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən "Anderlext" - "Qarabağ" (2:1) matçında zədələnən Çumbinyonun durumuna aydınlıq gəlib.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Çumbinyo Premyer Liqanın XVII turunda keçirəcəkləri "Sumqayıt"la matçı buraxmalı olacaq.
Həftəsonu XVIII turda keçiriləcək "Qarabağ" - "Qəbələ" matçında isə baş məşqçinin şans verəcəyi təqdirdə braziliyalı futbolçunun meydanda olacağı gözlənilir.
saytlarin hazirlanmasi